20:16 / 27-08-2026
Turist dağlarda azıb
17:36 / 26-08-2026
Ağacları kəsərkən öldü
Bütün xəbərlər
"Əl-Hilal" Messinin Barselonaya qayıtmasına mane ola bilər
Tarix: 23-04-2023 14:11 | Bölmə: Manşet


PSJ-nin argentinalı hücumçusu Lionel Messi tezliklə Səudiyyə Ərəbistanı çempionatında çıxış edən “Əl-Hilal” klubunun nümayəndələri ilə rəsmi görüş keçirəcək.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, futbolçunun mümkün transferi ilə bağlı danışıqlar mayın 1-də baş tutacaq.
Messinin "Əl-Hilal"ın heyəti ilə görüşü PSJ-nin "Lorient"lə oyunundan sonra baş tutacaq. Bu barədə jurnalist Rudi Qaletti sosial şəbəkələrdə məlumat verib. Səudiyyə Ərəbistanı klubu argentinalıya illik 400 milyon avro maaşla müqavilə təklif etməyə hazırdır.
Daha əvvəl Messinin "Barselona" ilə 2 illik müqavilə imzalayacağı bildirilirdi. Xatırladaq ki, Argentina millisinin kapitanının PSJ ilə müqaviləsi 2023-cü ilin iyun ayına kimi qüvvədədir.



Baxış sayı: 243


Bölməyə aid digər xəbərlər