22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Lavrov Nikaraquaya gəlib
Tarix: 19-04-2023 23:58 | Bölmə: Manşet


Rusiyanın xarici işlər naziri Sergey Lavrov Nikaraquaya səfər edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ölkənin paytaxtı Manaquada onu Nikaraqua prezidenti Daniel Orteqa qəbul edəcək və vitse-prezident Rosario Murillo ilə də görüş planlaşdırılır, RİA Novosti yazır.
Lavrov aprelin 17-də başlayan Latın Amerikası turu çərçivəsində Venesueladan Nikaraquaya gəlib.
Venesuelada Rusiya diplomatiyasının rəhbəri Venesuela prezidenti Nikolas Maduro ilə danışıqlar aparıb. Görüş Cənubi Amerika ölkəsinin liderinin rəsmi iqamətgahında - Miraflores sarayında baş tutub.
Lavrov Rusiya prezidenti Vladimir Putinin mesajını çatdırıb və o, Maduronu ona uyğun istənilən vaxt Rusiyaya səfər etməyə dəvət edib. Öz növbəsində Venesuela prezidenti birgə işdə irəliləməyə hazır olduğunu bəyan edib.
Rusiyalı nazir venesuelalı həmkarı İvan Gil Pinto ilə də görüşüb. Karakasda keçirdiyi birgə mətbuat konfransında Lavrov Qərbin ədalətli dünya nizamı prosesinə mane olmağa və müstəqil siyasət yürüdən ölkələri sanksiyalarla cəzalandırmağa çalışdığına diqqət çəkib.
“Ona görə də diktə etmək, şantaj etmək cəhdlərinin qarşısını almaq üçün BMT-nin nizamnamə qrupu çərçivəsində səyləri birləşdirmək vacibdir”, - Rusiya XİN rəhbəri vurğulayıb.



Baxış sayı: 156


Bölməyə aid digər xəbərlər