22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Lavrov Venesuelanın paytaxtına uçub
Tarix: 18-04-2023 23:59 | Bölmə: Manşet


Rusiyanın xarici işlər naziri Sergey Lavrov Venesuelanın paytaxtı Karakasa səfər edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun respublika rəhbəri Nikolas Maduro, vitse-prezident Delsi Rodriqes və Venesuelanın xarici işlər naziri İvan Gil Pinta ilə görüşü planlaşdırılır.
Bundan əvvəl Maduro Sergey Lavrovla iki ölkə arasında əməkdaşlığa dair geniş spektrli məsələləri müzakirə edəcəyini bildirmişdi. Venesuela prezidenti etiraf edib ki, o, rusiyalı diplomatla yaxın dostdur və onların çox maraqlı söhbəti olmalıdır.
Xatırladaq ki, Venesuelaya səfər Sergey Lavrovun Latın Amerikasına böyük turnesinin bir hissəsidir. O, artıq Braziliyaya səfər edib, daha sonra Nikaraqua və Kubaya gedəcək.



Baxış sayı: 156


Bölməyə aid digər xəbərlər