22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Lavrov Ukraynadakı münaqişəni həll etmək istəyinə görə Braziliyaya təşəkkür edib
Tarix: 17-04-2023 23:23 | Bölmə: Manşet

Rusiyanın xarici işlər naziri Sergey Lavrov braziliyalı həmkarlarına Ukraynadakı münaqişənin mənşəyini mükəmməl başa düşdüklərinə və vəziyyətdən çıxış yolu tapmaq istəyinə görə minnətdarlığını bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə rusiyalı diplomat Braziliyanın xarici işlər naziri Mauro Vieyra ilə birgə mətbuat konfransında bildirib.
Lavrov onu da əlavə edib ki, Rusiya Ukraynadakı münaqişənin tezliklə bitməsində maraqlıdır.
Vieyra öz növbəsində Moskva ilə Kiyev arasında sülh danışıqları üçün “dostluq qrupu” yaratmağa çağırıb. "İnterfaks" xəbər agentliyi yazır ki, diplomat əlavə edib ki, Braziliyanın mövqeyi erkən atəşkəs, humanitar qanunlara hörmət və uzunmüddətli sülhün bərpasıdır.
Braziliya Xarici İşlər Nazirliyinin rəhbəri də birtərəfli sanksiyaların tətbiqinə qarşı çıxıb. Vieira əlavə edib ki, bunlar dünyanın bir çox ölkələrinin, xüsusən də inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatına mənfi təsir göstərir.



Baxış sayı: 141


Bölməyə aid digər xəbərlər