22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Braziliya prezidenti Ukraynanın müzakirəsi üçün yeni format təklif edib
Tarix: 16-04-2023 23:58 | Bölmə: Manşet


Braziliya prezidenti Lula da Silva Çin və Birləşmiş Ərəb Əmirlikləri liderləri ilə Ukraynadakı münaqişənin həllində vasitəçilik səylərini müzakirə edib. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, Çin prezidenti Si Çzinpinə və Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyana Moskva ilə Kiyev arasında danışıqlara başlaya biləcək 20 vasitəçi ölkədən ibarət qrup yaratmağı təklif edib.
Luiz İnasio Lula da Silva xatırladıb ki, G20 qlobal iqtisadiyyatı xilas etmək və onu böhrandan çıxarmaq üçün yaradılıb. İndi analoji format, Braziliya prezidenti hesab edir ki, Ukraynada hərbi münaqişəyə son qoymaq və sülhün bərqərar olması üçün lazımdır.
"Bu mənim niyyətimdir və düşünürəm ki, biz uğur qazanacağıq", - TASS Braziliya prezidentinin sözlərindən sitat gətirib.
Eyni zamanda Lula da Silva hesab edir ki, Rusiya və Ukrayna prezidentləri münaqişənin dayandırılması üçün kifayət qədər təşəbbüs göstərmirlər. Avropa və ABŞ isə ümumilikdə münaqişənin davam etməsinə və genişlənməsinə töhfə verir.
Braziliya prezidentinin sözlərinə görə, Rusiya bütün dünyada uzunmüddətli sülhün təminatçısıdır. O, artıq Moskva və Kiyev arasında birbaşa danışıqlarda vasitəçilik etmək, həmçinin Rusiya və Ukrayna arasında dialoqun beynəlxalq formatını hazırlamaq təşəbbüsü ilə çıxış edib.



Baxış sayı: 144


Bölməyə aid digər xəbərlər