22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Çinin müdafiə naziri: "Rusiya və Çin çiyin-çiyinədir"
Tarix: 16-04-2023 21:34 | Bölmə: Manşet

Rusiya ilə Çin arasında münasibətlər bütün sahələrdə - iqtisadiyyatda, sosial, mədəni və təhsil sahələrində, o cümlədən, təbii ki, hərbi əməkdaşlıq sahəsində də yaxşı inkişaf edir, Vladimir Putin Çinin müdafiə naziri Li Şanfu ilə görüşündə deyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya prezidenti Çin Xalq Respublikasının sədri Si Cinpinin Moskvaya son səfərini də xatırladıb. Putin qeyd edib ki, bu danışıqlar çox səmərəli olub.
Həmçinin Rusiya və Çinin müdafiə nazirlikləri mütəmadi olaraq məlumat mübadiləsi aparır, hərbi-texniki əlaqələri gücləndirir, dənizdə, havada və quruda birgə təlimlər keçirirlər”, - deyə, Rusiya lideri əlavə edib.
“Əlbəttə, bu, bizim münasibətlərimizin müstəsna etibara əsaslanan, strateji xarakterini gücləndirən digər mühüm sahədir”, - Putin yekunlaşdırıb.
Çinin müdafiə naziri öz növbəsində bildirib ki, Rusiya ilə əməkdaşlıq bütün səviyyələrdə inkişaf edir və Çin bütün dünyanın inkişafı və firavanlığı naminə belə əməkdaşlığı davam etdirəcək.
Onun sözlərinə görə, “biz çiyin-çiyinə dayanıb xalqlarımızın rifahının yaxşılaşdırılması üçün çalışırıq”. "Nəzərə alsaq ki, iqtisadiyyatın bərpası çox ləng gedir. Dünya çox narahatdır, sülhə və ölkələr arasında sülh münasibətlərinə böyük tələbat var", - Li Şanqfu bildirib.



Baxış sayı: 172


Bölməyə aid digər xəbərlər