22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Ramazanın 24-cü gününün duası - İmsak və iftar vaxtı
Tarix: 14-04-2023 21:19 | Bölmə: Manşet

                      ramazanin-24-cu-gununun-duasi




Sabah Ramazan ayının 24-cü günüdür.
Sabaha-inamla.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 15-də imsak vaxtı saat 04:33-də, iftar vaxtı isə 19:33-dədir.
24-cü günün duası:
“Allahummə inni əs-əlukə fihi ma yurzik. Və əuzu bikə mimma yu-zik. Və əs-əlukət-tovfiqə fihi li-ən utiəkə və la ə-siyək. Ya cəvadəs-sailin”.
Tərcüməsi:
“İlahi, bu gün səni razı salan əməlləri səndən istəyirəm. Səni qəzəbləndirən əməllərdən sənə sığınıram. Sənə tabe olmaq və sənə qarşı üsyan etməmək üçün yardım istəyirəm. Ey xahiş edənlərə bəxşiş verən Allah!”
İftar duası: 
“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!”.
Tərcüməsi:
“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”.
Allah orucunuzu qəbul eləsin!



Baxış sayı: 173


Bölməyə aid digər xəbərlər