22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Putin Rusiya voleybolunun 100 illiyini qeyd etmək qərarına gəlib
Tarix: 13-04-2023 00:13 | Bölmə: Manşet


Rusiya Federasiyasının Prezidenti Vladimir Putin 2023-cü ildə Rusiya voleybolunun 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam verib. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, müvafiq bəyanat hüquqi informasiyanın rəsmi saytında dərc olunub.
“2023-cü ildə qeyd olunacaq Rusiya voleybolunun 100 illiyi ilə əlaqədar qərara alıram: 2023-cü ildə Rusiya voleybolunun 100 illiyinin qeyd edilməsinə həsr olunmuş tədbirlər keçirsin”, - sərəncamda deyilir.
"Ümumrusiya Voleybol Federasiyası" ictimai təşkilatı Rusiya voleybolunun 100 illiyinin qeyd edilməsinə hazırlıq və keçirilməsi üçün əsas tədbirlər planının işlənib hazırlanmasını və təsdiqini təmin etsin."
Xatırladaq ki, ölkədə voleybolun rəsmi yaranma tarixi 1923-cü il iyulun 28-dir. Həmin gün Moskvada Ali İncəsənət və Teatr Emalatxanalarının voleybolçularının Dövlət Kinematoqrafiya Məktəbi ilə ilk rəsmi görüşü baş tutub.



Baxış sayı: 150


Bölməyə aid digər xəbərlər