22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
"Bavariya"nın futbolçusu "Mançester Siti"yə məğlub olduqdan sonra komanda yoldaşına hücum edib
Tarix: 12-04-2023 22:17 | Bölmə: Manşet


"Bavariya"nın futbolçusu Sadio Mane Çempionlar Liqasının 1/4 final mərhələsinin səfər matçında "Mançester Siti"yə darmadağından (0:3) sonra özünə nəzarəti itirib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, seneqallı ortağına qəzəbini çıxardı.
"Bild"in məlumatına görə, Mane ilə komanda yoldaşı Leroy Sane arasında münaqişə meydanda, "Siti" ilə matçın sonunda, birinin ikincidən qeyri-dəqiq ötürmə aldığı vaxt başlayıb. Hətta o zaman futbolçular arasında ciddi söz davası olub.
Mübahisə matç bitdikdən sonra da davam edib. Mənbənin sözlərinə görə, Mane artıq soyunub-geyinmə otağında olarkən Sane ilə işlərini nizamlamağa davam edib, nəticədə hücuma keçib. Anların birində seneqallı komanda yoldaşının dodaqlarına zərbə endirib.
"Bavariya" epizodu şərh etməyib.



Baxış sayı: 170


Bölməyə aid digər xəbərlər