22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
İsrail polisi hərbçilərlə gücləndiriləcək
Tarix: 08-04-2023 23:57 | Bölmə: Manşet


İsrailin müdafiə naziri Yoav Gallant terror aktları və ümumi təhlükəsizlik vəziyyəti fonunda polisə dəstəyi gücləndirmək üçün ordu və hərbi resursların ayrılması barədə göstəriş verib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidməti idarə rəisinin əmrini açıqlayıb.
Əməliyyat vəziyyətini qiymətləndirdikdən sonra Gallant resurslarla kömək etmək və polis fəaliyyətlərini dəstəkləmək üçün İDF (İsrail Müdafiə Qüvvələri) üzvlərini təyin etməyi tapşırıb.
Həmçinin, təhlükəsizlik vəziyyətinin pisləşməsi ilə əlaqədar Müdafiə Nazirliyi İordan çayının qərb sahilindəki Fələstin ərazilərinin bağlanmasının uzadılmasına qərar verib. Bundan əlavə, aprelin 13-də Pasxa bayramı başa çatana qədər Qəzza zolağı ilə sərhəddə keçid məntəqəsi bağlı olacaq.



Baxış sayı: 153


Bölməyə aid digər xəbərlər