22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
İdman cütlüyü Pavlyuçenko - Xodkin ayrıldığını elan etdi
Tarix: 04-04-2023 23:30 | Bölmə: Manşet

Fiqurlu konkisürənlər Daria Pavlyuçenko və Denis Xodkin bundan sonra birlikdə yarışmayacaqlar.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Pavlyuçenko və Xodkin cütlüklərin idman yarışlarında Avropa çempionatının qalibi olublar.
İdman cütlüyü Daria Pavlyuçenko və Denis Xodkin ayrıldı. Rusiya komandasının tərkibində yer alan duetin ayrılmasının səbəbi hələlik məlum deyil.
"Darya Pavlyuçenko ilə birgə səyahətim başa çatdı. Bu illər ərzində zəhmətimə görə Daşaya sonsuz minnətdaram. Biz birlikdə çox şeylər yaşadıq: enişlər, zədələr və qələbələr. Daşa zədədən sağaldıqdan sonra danışdıq və qərar verdik. Bu, bizim üçün çətin qərar idi”, - Denis Xodkin sosial şəbəkədəki səhifəsində yazıb. Eyni zamanda, 23 yaşlı konkisürən idman karyerasını bitirmək fikrində deyil. 20 yaşlı partnyorun planları hələ ki, məlum deyil.
2020-ci ildə Daria Pavlyuçenko və Denis Xodkin Avropa çempionatında üçüncü yeri tutdular. Daria və Denisin 2020 və 2021-ci il Rusiya çempionatında bürünc medalları var.



Baxış sayı: 147


Bölməyə aid digər xəbərlər