22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
"Bavariya" "Borussiya" ilə oyundan sonra Bundesliqaya liderlik edib
Tarix: 01-04-2023 23:07 | Bölmə: Manşet


Münhendə futbol üzrə Almaniya çempionatının 26-cı turunun yerli "Bavariya" ilə Dortmund "Borussiya"sı arasında keçirilən görüş başa çatıb. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, meydan sahibləri rəqibini 4:2 hesabı ilə məğlub edib.
Qaliblərin tərkibində Tomas Müller dubla imza atıb (18-ci və 23-cü dəqiqə). Münhen klubunun heyətində Kinqsli Koman (50-ci) də fərqlənib. Bundan başqa, qonaqların qapıçısı Qreqor Kobel (13-cü) avtoqol da qeydə alınıb.
Uduzanlar qolları Əmrə Cana (72-ci, penalti) və Doniella Malena (90) vurub.
İlk matçına Tomas Tuxelin rəhbərliyi altında çıxan "Bavariya" 55 xal toplayaraq Bundesliqa turnir cədvəlinə başçılıq edib. 53 xalı olan “Borussiya” ikinci pilləyə geriləyib.



Baxış sayı: 170


Bölməyə aid digər xəbərlər