22:59 / 15-04-2024
Məsciddə yanğın törədib
Bütün xəbərlər
Danimarka rusların iştirakı ilə bağlı qılıncoynatma turnirləri keçirməyəcək
Tarix: 30-03-2023 16:10 | Bölmə: Manşet


Danimarka Qılıncoynatma Federasiyası yaxın illərdə beynəlxalq turnirlər keçirməyi planlaşdırmır.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu qurumun idarə heyətinin sədri Yan Silvest Yensten deyib.
"Rusların və belarusların turnirlərdə iştirakına icazə verildikdə, biz başqa cür edə bilmərik. Heç kimə sirr deyil ki, biz onların iştirakının əleyhinə səs vermişik", - funksioner Ritzaus Burea onun sözlərindən sitat gətirib.
Xatırladaq ki, Beynəlxalq Qılıncoynatma Federasiyası Rusiya və Belarus idmançılarının yarışlara buraxılmasına icazə verib. Ruslar və belaruslar neytral statusda çıxış edəcəklər.
Bundan əvvəl Ukrayna Qılıncoynatma Federasiyası Rusiya və Belarus nümayəndələrinin iştirakı ilə keçiriləcək bütün yarışları boykot etmək qərarına gəlib. Daha sonra Almaniya Qılıncoynatma üzrə Dünya Kubokuna ev sahibliyi etməkdən imtina edib. Finlandiya da eyni addımı atıb.


Baxış sayı: 94


Bölməyə aid digər xəbərlər