Bütün xəbərlər
İran - Rusiya- Mirançuk penalti ilə hesabı açıb
Tarix: 23-03-2023 23:01 | Bölmə: Manşet


Yoldaşlıq oyunu çərçivəsində Tehranda Rusiya yığması İran yığması ilə qarşılaşır.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hesabı 28-ci dəqiqədə qonaqlar açıb.
“Spartak”ın futbolçusu Anton Zinkovski cərimə meydançasına daxil olub, Səid Əzzətullahi ona qarşı kobudluq edib, bundan sonra matçın baş hakimi nöqtəni göstərib. Penaltini “Lokomotiv”in yarımmüdafiəçisi Anton Mirançuk yerinə yetirdi, o, qapıçı və topu müxtəlif künclərə yaydı.
Xatırladaq ki, görüş Tehranda 78 min tamaşaçı tutumuna malik Azadi stadionunun meydançasında keçirilir. Oyunu İlgiz Tantaşevin başçılıq etdiyi Özbəkistandan olan hakimlər briqadası idarə edir.


Baxış sayı: 118


Bölməyə aid digər xəbərlər