Bütün xəbərlər
Fokus: NATO təlimləri Putinə aydın siqnal göndərməlidir
Tarix: 19-03-2023 21:49 | Bölmə: Manşet


NATO-nun martın 9-18-də Norveçdə keçirilən Birgə Vikinq təlimi Rusiya prezidenti Vladimir Putinə alyansın şimal cinahına hücumu dəf etməyə hazır olduğuna dair aydın siqnal göndərir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Almaniyanın “Focus” jurnalı yazıb.
Qəzetin qeyd etdiyi kimi, bu il manevrlər 2014-cü ildə Krımda baş verən hadisələrə çox oxşar olub və xəyali düşmənin ölçüsü və potensialı yarımadadakı Rusiya qüvvələrinin real potensialına demək olar ki, tamamilə uyğun olub.
İki ildən bir keçirilən təlimlərdə Norveç, ABŞ, Böyük Britaniya, Almaniya, Kanada, Fransa, Danimarka, İsveç və Hollandiyadan 20 minə yaxın əsgərin iştirak etdiyi bildirilir.


Baxış sayı: 112


Bölməyə aid digər xəbərlər