Bütün xəbərlər
Almaniyada girov götürən şəxs 1 milyon avro tələb edir
Tarix: 10-03-2023 23:23 | Bölmə: Manşet


Almaniyanın Karlsrue şəhərində girov götürmə hadisəsinin bəzi təfərrüatları məlum olub.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, polis aptekdə iki nəfəri saxlayan şəxslə danışıqlar aparır.
Almaniya mətbuatının TASS-a istinadla verdiyi yenilənmiş məlumatlara görə, martın 10-da axşam saatlarında Karlsrue şəhərindəki apteklərdən birində insanları girov götürən cinayətkar tələblər irəli sürüb. Bildirilir ki, naməlum şəxs iki nəfəri aptekdə saxlayıb və onların azadlığa buraxılması üçün bir milyon avro tələb edir.
Hadisənin baş verdiyi ərazi mühasirəyə alınıb, orada böyük polis qüvvəsi cəmlənib. Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətkarla fəal danışıqlar aparır və yaxınlıqdakı evlərin sakinlərinə heç bir şeyin təhlükə törətmədiyini iddia edirlər. Hadisənin təfərrüatları araşdırılır.


Baxış sayı: 95


Bölməyə aid digər xəbərlər