Bütün xəbərlər
Şolts deyib ki, o, il ərzində Putinlə Ukrayna ilə bağlı çoxlu uzun-uzadı söhbətlər edib
Tarix: 07-03-2023 23:41 | Bölmə: Manşet



Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Almaniya kansleri Olaf Şolts bildirib ki, son bir il ərzində o, Rusiya prezidenti Vladimir Putinlə dəfələrlə və uzun-uzadı danışıb və Ukraynanı müzakirə edib.
"Çox uzun müddət davam edən çoxlu telefon danışıqları" deyən Şolts, Rusiya lideri ilə dialoqu davam etdirən azsaylılardan biri olduğunu da əlavə edib.
Kansler qeyd edib ki, "ixtilaflarımız olsa da" danışmağa davam edəcək. O, həmçinin bildirib ki, Rusiya şərtləri ilə sülh yolu ilə nizamlanmadan söhbət gedə bilməz.


Baxış sayı: 112


Bölməyə aid digər xəbərlər