Bütün xəbərlər
“Dedilər ki, Kılıçdaroğlunun namizədliyini qəbul etməsən, gedə bilərsən” - Akşener
Tarix: 06-03-2023 02:41 | Bölmə: Manşet

                      “Dedilər ki, Kılıçdaroğlunun namizədliyini qəbul etməsən, gedə bilərsən”



“Son sözü mənə buraxdılar və dedilər ki, Kılıçdaroğlunun namizədliyini qəbul etməsən, gedə bilərsən".
“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, bunu İYİ Partiya sədri Meral Akşener  “altılı masa”nı tərk etməsinin səbəbindən bəhs edərkən deyib.
"Masadakı üzvlərin hamısı görüşüb razılaşdılar. Son sözü mənə buraxdılar və dedilər ki, Kılıçdaroğlunun namizədliyini qəbul etməsən, gedə bilərsən", - deyə Akşener vurğulayıb.  
Xatırladaq ki, “altılı masa”da prezident seçkilərinə vahid namizədin müəyyən edilməsi ilə bağlı müzakirələr keçirilib. 5 partiya namizəd olaraq Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunu təklif edib. Bu partiyalar Kılıçdaroğlunun namizədliyini dəstəkləsə də, İYİ partiya Ankara Böyük şəhər Bələdiyyəsinin sədri Mansur Yavaş və İstanbul Böyük şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun namizədliyini irəli sürüb. Digər partiyalar həmin şəxslərin namizədliyini qəbul etməyib. Danışıqlardan narazı qalan M.Akşener partiyasının “altılı masa”nı tərk etdiyini açıqlayıb.


Baxış sayı: 107


Bölməyə aid digər xəbərlər