22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
ABŞ-ın Baş prokuroru gizli şəkildə Lvova səfər edib
Tarix: 03-03-2023 23:58 | Bölmə: Manşet


ABŞ-ın Ədliyyə naziri və Baş prokuroru Merrik Qarland martın 3-də gözlənilmədən Ukraynanın Lvova şəhərinə səfər edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ABŞ Ədliyyə Departamentində izah edildiyi kimi, təhlükəsizlik səbəbi ilə bu səfər barədə əvvəlcədən məlumat verilməyib.
ABC telekanalının məlumatlı mənbəyə istinadən verdiyi məlumata görə, Qarland Ədalət naminə Birləşmiş konfransda iştirak etmək üçün Ukrayna Baş Prokurorunun dəvəti ilə gəlib. O, Lvovda da bir sıra görüşlər keçirib.
Konfransda Vladimir Zelenski və Kiyevin beynəlxalq tərəfdaşlarının iştirakı gözlənilir, RİA Novosti yazır.



Baxış sayı: 157


Bölməyə aid digər xəbərlər