22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
BMT Rusiya ilə Ukrayna arasında ədalətli sülh görmək istəyir
Tarix: 02-03-2023 23:11 | Bölmə: Manşet


BMT Ukrayna münaqişəsinin daha da genişlənməsini istəmir və beynəlxalq hüquq və BMT Nizamnaməsi əsasında Moskva ilə Kiyev arasında ədalətli sülhün əldə olunmasında maraqlıdır, deyə, dünya təşkilatının baş katibinin sözçüsü Stefan Düjarrik bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bununla belə, o, Bryansk vilayətində ukraynalı diversantlarla baş verən insidentin Rusiya Federasiyası ilə Ukrayna arasında mümkün danışıqları çətinləşdirib- çətinləşdirəcəyi sualına cavab verməkdən imtina edib. BMT baş katibinin nümayəndəsi qeyd edib ki, insidentlə bağlı konkret məlumata malik deyil.
"Biz hər iki tərəfdən ittihamlar, şərhlər gördük: Rusiya və Ukrayna. Biz bu məlumatların heç birini təsdiq edə bilmərik", - TASS Düjarrika istinadən bildirib.
Martın 2-də ukraynalı diversantlar Rusiya Federasiyasının Ukrayna ilə həmsərhəd olan Bryansk vilayətinin bölgəsinə daxil olaraq orada atəş açıblar. Nəticədə 2 nəfər ölüb, 2012-ci il təvəllüdlü oğlan yaralanıb. FTX və Rusiya Müdafiə Nazirliyinin qüvvələri dövlət sərhədini pozan Ukrayna hərbçilərinin məhv edilməsi üçün tədbirlər görüb.
Prezident Vladimir Putin Bryansk vilayətindəki vəziyyətlə əlaqədar Pyatiqorska planlaşdırdığı səfərini ləğv edib. O, hadisəni terror hücumu kimi qiymətləndirib.



Baxış sayı: 151


Bölməyə aid digər xəbərlər