22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Medvedev terrorçuların birbaşa şəriklərinin adını çəkib
Tarix: 02-03-2023 23:06 | Bölmə: Manşet


Bryansk vilayətində baş verən hadisələr ABŞ, NATO və Aİ-də kimin həqiqətən dəstəkləndiyini göstərdi.
Söhbət dinc əhaliyə hücum edən “nasist əclafları və terrorçu pisliklərdən” gedir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün Telegram kanalında yazıb.
Dövlət xadimi Fransa prezidenti Emmanuel Makronu, Almaniya kansleri Olaf Şoltsu, ABŞ prezidenti Co Baydeni və Böyük Britaniyanın baş nazirini terrorçuların birbaşa ortaqları adlandırıb. "İndi ölkələriniz Ukrayna rejiminin terror aktlarının iştirakçılarıdır", - Dmitri Medvedev bildirib.
Həmçinin, Təhlükəsizlik Şurasının sədr müavini qeyd edib ki, əgər Ukraynaya verilən təyyarələrə, məsələn, Polşada xidmət göstərilsə, bu, NATO-nun birbaşa Rusiyaya qarşı müharibəyə girməsi olacaq.
Martın 2-də səhər saatlarında ukraynalı terrorçular Bryansk kəndinə soxulublar. Təxribatçılar silahsız insanlara atəş açıblar. Hadisə nəticəsində 2 nəfər ölüb, bir uşaq isə yaralanıb.



Baxış sayı: 145


Bölməyə aid digər xəbərlər