Bütün xəbərlər
İstanbulda Ərdoğan və Ruhaninin görüşü keçirilir
Tarix: 13-12-2017 21:18 | Bölmə: Manşet


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İstanbulda iranlı həmkarı Həsən Ruhani ilə görüşü keçirilir.
Trend-in məlumatına görə, görüşdə liderlər İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsinə dair fövqəladə Zirvə toplantısının yekunlarını və regional məsələləri müzakirə edirlər.
Qeyd edək ki, bu gün İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsi ilə bağlı İstanbulda keçirilən fövqəladə iclasında yekun Bəyannamə qəbul edilib.
Trend-in məlumatına görə, bəyannamədə qeyd edilir ki, İƏT Şərqi Qüdsü Fələstinin paytaxtı elan edir.
Bundan başqa, İƏT üzvləri dünya ölkələrini Şərqi Qüdsü Fələstinin paytaxtı kimi tanımağa çağırır.



Baxış sayı: 315


Bölməyə aid digər xəbərlər