22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Ukraynada kəşfiyyat agenti Kireyevin qətlində əli olan şəxslər müəyyən edilib
Tarix: 27-02-2023 23:59 | Bölmə: Manşet


Ukrayna KİV-i mənbələrə istinadən xəbər verir ki, istintaq 2022-ci ilin yazında Kiyevdə Rusiya Federasiyası ilə danışıqlarda iştirak edən bankir və Ukrayna hərbi kəşfiyyatının agenti Denis Kireyevin qətlində əli olduğu iddia edilən şəxslər dairəsini müəyyən edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “Ukrayinska pravda”nın məlumatına görə, şahid qismində 20 nəfər dindirilib, onlarla məhkəmə-tibbi ekspertizası təyin edilib. Eyni zamanda bildirilir ki, hələ ki, heç kimə qarşı ittiham irəli sürülməyib.
2022-ci ilin martında Ali Radanın deputatı Aleksandr Dubinski bildirmişdi ki, Kireyev SBU əməkdaşları tərəfindən saxlanılarkən öldürülüb və o, dövlətə xəyanətdə şübhəli bilinir. Daha sonra Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Kireyevin xüsusi tapşırıq yerinə yetirərkən həlak olduğunu bildirib. 2023-cü ilin yanvarında Ukrayna prezidentinin aparatının rəhbərinin müşaviri Mixail Podolyak Kireyevin qətlinə “təhlükəsizlik qüvvələri arasında vahid koordinasiyanın olmaması” səbəb olduğunu bildirib. Podolyakın sözlərinə görə, Kireyevə qarşı “müəyyən iddialar olub” və onların “dialoq formatında həll etməyə vaxtları olmayıb”.




Baxış sayı: 182


Bölməyə aid digər xəbərlər