22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Dmitri Nazarov həyat yoldaşı ilə birlikdə İsrailə qaçıb
Tarix: 25-02-2023 23:10 | Bölmə: Manşet

Rusiyanın xalq artisti Dmitri Nazarov Moskva İncəsənət Teatrından qovulandan az sonra xaricə gedib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, aktyor İsraildə həyat yoldaşı Olqa Vasilyeva ilə məskunlaşıb.
Moskva İncəsənət Teatrının bədii rəhbəri Konstantin Xabenski ilin əvvəlində Nazarovu teatrdan qovmuşdu. Ehtimal olunur ki, buna səbəb Vasilyeva ilə rusiya əleyhinə mahnı ifa edən aktyorun siyasi mövqeyidir. Qalmaqaldan sonra cütlük xaricə qaçıb.
Aktyorlar başqa xain sənətçilərin, o cümlədən müğənni Alla Puqaçova, parodist Maksim Qalkin (Rusiya Federasiyasında xarici agent kimi tanınıb), aktyor Anatoli Belıy, komediya ustası Semyon Slepakov və başqalarının yaşadığı İsraildə məskunlaşıblar. Nazarov rusları ona qarşı qoyaraq, şübhəli yaradıcılığını sosial şəbəkələrdə paylaşmağa davam edir.



Baxış sayı: 182


Bölməyə aid digər xəbərlər