22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Bələdiyyə sədri çökən binalara görə həbs olundu
Tarix: 25-02-2023 21:12 | Bölmə: Manşet

                            Bələdiyyə sədri çökən binalara görə həbs olundu



Türkiyənin Qaziantep şəhərinin Nurdağı bələdiyyə sədri Ökkeş Kavak həbs olunub.
Bu barədə “Qafqazinfo” yerli mətbuata istinadən xəbər verir.
Məlumata görə, bələdiyyə sədri zəlzələ zamanı çökən binalarla bağlı aparılan araşdırma çərçivəsində saxlanılıb.
O, ilk ifadəsində daha əvvəl podratçı olduğunu, lakin bələdiyyə sədri seçildikdən sonra şirkəti qardaşına verdiyini bildirib. Məhkəmə tərəfindən barəsində həbs qərarı verilən Ö.Kavak həbsxanaya göndərilib.
Qeyd edək ki, zəlzələ nəticəsində ən çox zərər görmüş yerlərdən biri də Qaziantepin Nurdağı bölgəsidir.



Baxış sayı: 164


Bölməyə aid digər xəbərlər