22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
"Heydər Əliyev İli" ilə əlaqədar təşkil olunan "Gənclərin Qış Məktəbi"ndə dördüncü mərhələ başa çatıb
Tarix: 25-02-2023 21:00 | Bölmə: Manşet

Şahbuz rayonundakı "Ağbulaq" İstirahət Mərkəzində "Gənclərin Qış Məktəbi" çərçivəsində təşkil olunan sonuncu düşərgə 22-24 fevral tarixlərində reallaşıb.
Sabaha-inamla.az xəbər verir ki, bu barədə Naxçıvan Gənclər Fondu sosial şəbəkədə məlumat yayıb.

Həmin məlumata görə, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, YAP Naxçıvan Muxtar Respublika Təşkilatının Gənclər Birliyi və Həmkarlar İttifaqları Şurası tərəfindən birgə təşkil olunan "Gənclərin Qış Məktəbi"ndə muxtar respublikanın bütün bölgələrindən bir qrup gəncin iştirakı təmin olunub. Məqsəd gənclərin asudə vaxtını səmərəli təşkil etmək, şəxsi inkişafını sürətləndirməklə yanaşı, onlara hər bir azərbaycanlıya örnək olan Heydər Əliyev irsinin aşılanmasından ibarətdir. Üç günlük müddət ərzində bu istiqamətdə tədbirlər keçirilib, fəallıq göstərən gənclər fəxri fərmanla təltif olunublar.
Sabaha-inamla.az







Baxış sayı: 152


Bölməyə aid digər xəbərlər