22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Makron və Şolts Zelenskiyə Moskva ilə danışıqlar barədə düşünməyi təklif ediblər
Tarix: 24-02-2023 23:10 | Bölmə: Manşet


Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolts Parisdə keçirilən görüşdə Ukrayna prezidenti Vladimir Zelenskini Moskva ilə danışıqlar barədə düşünməyə çağırıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə "The Wall Street Journal" yazır.
Nəşr xatırladır ki, liderlər fevralın əvvəlində Parisdə görüşmüşdülər. Vəziyyətlə tanış olan mənbə iddia edir ki, Makron və Şolts Ukrayna prezidentinə Moskva ilə sülh nizamlanması üzrə danışıqları nəzərdən keçirməyi təklif ediblər.
Nəşr materialda Fransa rəsmisinin sözlərinə də istinad edir ki, əgər münaqişə eyni axarda və eyni intensivliklə davam edərsə, o zaman Ukraynanın itkiləri, onun fikrincə, “dözülməz” olacaq. Həmsöhbət onu da bildirib ki, heç kim “ukraynalıların Krımı qaytara biləcəklərini” düşünmür.
Ukrayna tərəfi mütəmadi olaraq bu cür çıxışlar edir, ən son seçilən Ukraynanın Almaniyadakı keçmiş səfiri Andriy Melnik olub və alman oxucularının bu cür planlarına görə məsxərəyə qoyulub.



Baxış sayı: 146


Bölməyə aid digər xəbərlər