22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Kreml Putin və Ərdoğan arasında aparılan danışıqların təfərrüatlarını açıqlayıb
Tarix: 24-02-2023 23:06 | Bölmə: Manşet


Kremlin mətbuat xidməti xəbər verir ki, Vladimir Putinlə Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Türkiyə lideri rusiyalı həmkarına Türkiyədə zəlzələlərin nəticələrinin aradan qaldırılmasında Rusiyanın köməyinə görə təşəkkür edib, rusiyalı xilasedicilərin və həkimlərin yüksək peşəkarlığını qeyd edib. Putin cavab olaraq bərpa işləri zamanı Türkiyə tərəfinə lazımi yardımı göstərməyə davam etməyə hazır olduğunu təsdiqləyib.
Ukrayna ətrafında vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb. Rusiya Federasiyası Prezidentinin Rusiya Federasiyası Federal Məclisinə bu yaxınlarda göndərdiyi müraciətdə qeyd etdiyi fundamental qiymətləndirmələr kontekstində”, - mesajda vurğulanır.
Bundan əlavə, Ukrayna taxılının ixracı və Rusiya kənd təsərrüfatı məhsullarının ixracı üzrə İstanbul sazişlərinin həyata keçirilməsinə xüsusi diqqət yetirilib.
Həmçinin enerji sektorunda əməkdaşlıq, Rusiya enerji daşıyıcılarının tədarükü və Akkuyu AES-in tikintisi məsələləri müzakirə edilib.
Ölkə liderləri şəxsi təmasları davam etdirmək barədə razılığa gəliblər.



Baxış sayı: 131


Bölməyə aid digər xəbərlər