22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
ATƏT PA-nın Vyanada keçirilən iclasında latviyalı deputat Rusiya nümayəndə heyətinin üzvlərini təhqir edib
Tarix: 23-02-2023 21:33 | Bölmə: Manşet

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ATƏT Parlament Assambleyasının Vyanada keçirilən qış sessiyasında latviyalı deputat Ukrayna bayrağı ilə görüşə gələrək Rusiyanı təhqir edib.
Buna cavab olaraq Rusiya Federasiyası Dövlət Dumasının vitse-spikeri Pyotr Tolstoy bildirib ki, Rusiyanı təhqir edən hər kəs iclası tərk etməlidir. O qeyd edib ki, ölkə özünə qarşı belə münasibətə dözməyəcək.
“Biz Rusiyaya, prezidentimizə qarşı birbaşa təhqirlərə dözməyəcəyik”, - Tolstoy deyib.
Fevralın 23-24-də Avstriyanın paytaxtında ATƏT PA-nın iclası keçirilir. Tədbirdə Rusiya nümayəndə heyəti də iştirak edir.



Baxış sayı: 165


Bölməyə aid digər xəbərlər