22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Nazir Rəşad Nəbiyev Birləşmiş Krallığın dövlət naziri Leo Dokerti ilə görüşüb
Tarix: 23-02-2023 16:21 | Bölmə: Manşet

Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici İşlər, Birlik Ölkələri və İnkişaf Ofisində Parlamentlə əlaqələr üzrə dövlət katibinin müavini, Avropa üzrə dövlət naziri Leo Dokerti ilə görüşüb.
Sabaha-inamla.az xəbər verir ki,Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən verilən məlumata görə  “Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Hökuməti arasında beynəlxalq avtomobil daşımaları haqqında Saziş”i imzalayıblar.
Bu Saziş iki ölkə arasında qarşılıqlı ticarətin artımı üçün yüklərin rəvan hərəkətinə əlverişli şərait yaradacaq.





Baxış sayı: 175


Bölməyə aid digər xəbərlər