22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Stoltenberq payızda istefasını təsdiqləyib
Tarix: 20-02-2023 23:50 | Bölmə: Manşet


NATO-nun baş katibi Yens Stoltenberq CNN-ə müsahibəsində bu ilin payızında istefa verəcəyini təsdiqləyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “Mən bu payızda ayrılıram”, - deyən Stoltenberq alyansın rəhbərinə layiqli bir şəxsin gələcəyinə ümid etdiyini bildirib.
Eyni zamanda, o, NATO-ya üzv ölkələr istəsə, postunda qalmağa razı olub-olmayacağı sualına cavab verməkdən imtina edib. Stoltenberq bildirib ki, hələ baş verməyənlər barədə danışmağın mənası yoxdur və indi o, Ukraynaya kömək etməyə köklənib.
Xatırladaq ki, Stoltenberq 9 ildir ki, vəzifədədir. O, səlahiyyətlərini üç dəfə uzadıb, lakin bu dəfə bunu etmək niyyətində deyil. Onun mandatı bu ilin sentyabrında başa çatır.



Baxış sayı: 170


Bölməyə aid digər xəbərlər