22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Neymar üç-dörd həftə yaşıl meydanlardan kənarda qalacaq
Tarix: 20-02-2023 18:11 | Bölmə: Manşet


“Paris Sen-Jermen” liderlərdən birini itirib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Nemyar yenidən sıradan çıxıb.
Müayinə zamanı braziliyalıda sınıq aşkarlanmayıb. Lakin Neymarın topuq bağları zədələnib.
"Lill"lə matçda zədələnən Neymar ikinci hissənin əvvəlində əvəzlənib. Hücumçu meydanı xərəkdə tərk edib. Müayinə zamanı futbolçuda topuq bağlarının qismən qopması aşkarlanıb. Bərpa 3-4 həftə çəkəcək. Beləliklə, braziliyalının martın 8-də “Bavariya” ilə keçiriləcək cavab oyunundakı taleyi istisna edilib.
Neymar bu mövsüm 20 oyuna çıxıb, 13 qol vurub və 11 məhsuldar ötürmə edib. Braziliyalı keçən il topuq biləyindən aldığı zədə səbəbindən iki dəfə sıradan çıxıb.



Baxış sayı: 144


Bölməyə aid digər xəbərlər