22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Kin və Di Marianın qolları "Yuventus"a "Speçia" üzərində qələbə qazandırır
Tarix: 19-02-2023 23:42 | Bölmə: Manşet


Turin "Yuventus"u İtaliya futbol çempionatının 23-cü turunda La Speçiadakı "Alberto Pikko" stadionunda yerli eyniadlı komandadan üstün olub - 2:0.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, qaliblərin qollarını 32-ci dəqiqədə italiyalı Moise Kin və 66-cı dəqiqədə argentinalı Anxel Di Maria vurub.
"Yuventus" ardıcıl üçüncü qələbəsini qazanaraq 32 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb, Speçia isə 19 xalla 17-ci yerdədir.
Həmçinin oyun günü çərçivəsində “Atalanta” evdə “Leççe”yə uduzub (1:2), “Latsio” “Çelernitana”nı üstələyib (2:0), “Fiorentina” və “Empoli” (1:1) isə xalları bölüşüb.



Baxış sayı: 156


Bölməyə aid digər xəbərlər