Bütün xəbərlər
500 min insan Şolts-u Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırır
Tarix: 18-02-2023 11:12 | Bölmə: Manşet


500 mindən çox insan Almaniya kansleri Olaf Şoltsdan Ukraynaya silah tədarükünü dayandırmağa və sülh danışıqlarına başlamağa çağıran petisiyaya imza atıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu "change.org" saytının məlumatları sübut edir.
Sülh Manifesti petisiya fevralın 10-da "change.org" saytında dərc olunub. Onun təşəbbüskarı Sara Vaqenknext və tanınmış alman jurnalisti, Emma jurnalının yaradıcısı, feminist Alice Şvarserdir.
“RİA Novosti” xəbər verir ki, Vaqenknext petisiyanı imzalamaqla yanaşı, fevralın 25-də Berlinin mərkəzində təşəbbüsə dəstək aksiyasında iştirak etməyə çağırır.
Fevralın 17-də Olaf Şolts Münhen Təhlükəsizlik Konfransında bildirib ki, Almaniyada Ukraynaya silah tədarükü və anti-Rusiya sanksiyaları ilə bağlı birlik yoxdur.
Müraciəti imzalayanlar arasında Almaniyanın tanınmış siyasətçiləri, jurnalistləri, yazıçıları, elm, incəsənət xadimləri və mədəniyyət xadimləri də var.



Baxış sayı: 155


Bölməyə aid digər xəbərlər