22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Criştiano Ronaldo "Əl-Nəsr"ə Səudiyyə Ərəbistanı çempionatına rəhbərlik etməyə kömək edir
Tarix: 17-02-2023 23:12 | Bölmə: Manşet


“Əl-Nəsr” Səudiyyə Ərəbistanı çempionatının 17-ci turu çərçivəsində səfərdə “Əl-Taavun”a 2:1 hesabı ilə qalib gəlib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu qələbə sayəsində Ronaldonun komandası liderliyə yüksəlib.
Criştiano Ronaldo özü hər iki qolu təşkil edib, iki məhsuldar ötürmə verib. Bunlar portuqaliyalının yeni klubunda ilk ötürmələridir.
İlk olaraq 17-ci dəqiqədə Kriştiano Ronaldo komanda yoldaşına assistentlik edib. Görüşün bitməsinə 12 dəqiqə qalmış o, yenə qol vurmağa kömək etdi. “Əl-Nəsr” 2:1 hesabı ilə qalib gələrək 40 xal toplayıb. “Əl-İttihad” və “Əl-Şəbab” klublarının sayı eyni olsa da, “Əl-Nəsr” əlavə göstəricilərdə birinci olub.
Kriştiano Ronaldo yanvarda "Əl Nəsr"ə keçib. 37 yaşlı portuqaliyalı yeni klubunda 4 oyun keçirib, 5 qol vurub və 2 məhsuldar ötürmə edib.



Baxış sayı: 165


Bölməyə aid digər xəbərlər