Bütün xəbərlər
"Real Madrid" İspaniya çempionatının autsayderini darmadağın edib
Tarix: 16-02-2023 11:31 | Bölmə: Manşet


Madrid "Real"ının futbolçuları İspaniya çempionatında rəqiblərini darmadağın ediblər.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, La Liqanın 21-ci turunun matçında “qaymaqlılar” “Elçe”nin qapısından dörd cavabsız top keçirib.
Görüş Madridin doğma stadionu - "Santyaqo Bernabeu"da keçirilib. Marko Assensio, iki penaltidən sonra dubla imza atan Kərim Benzema və Luka Modriçin dəqiq zərbələri "Real Madrid"ə inamlı qələbə qazandırıb. 4:0 - meydan sahiblərinin qələbəsi.
Beləliklə, “Real” 48 xal toplayıb və futbol üzrə İspaniya çempionatının turnir cədvəlində ikinci pillədə qərarlaşmaqda davam edir. İspaniyanın paytaxtının lider “Barselona” komandasının xal fərqi 8-ə enib.
Doqquz xalla "Elçe" La Liqada sonuncu, 20-ci pillədədir.



Baxış sayı: 218


Bölməyə aid digər xəbərlər