22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
“Tottenhem” 3,5 milyard avroya alına bilər
Tarix: 15-02-2023 18:05 | Bölmə: Manşet


İngiltərənin "Tottenhem Hotspur" futbol klubu sahibliyini dəyişə bilər.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İran əsilli amerikalı milyarder Londonluları almaq təklifi hazırlayır.
Söhbət Cama Nəcəfidən gedir. “The Financial Times” yazır ki, “Spurs”u almaq müqaviləsi ona 2,8 milyard avroya başa gələ bilər. Üstəlik, potensial sahibi klubun 700 milyon avroluq borcunu da ödəyə bilər.
Eyni zamanda qeyd olunur ki, sahibkarın özü də klubun hazırkı sahibi Co Deisdən səhmlərin 70 faizini almaq variantını nəzərdən keçirir. Eyni zamanda, qalan 30-u Yaxın Şərqdən olan investorlar ala bilər.
Qeyd edək ki, Tottenhem Nəcəfi üçün ilk idman alışı olmaya bilər. Hazırda o, artıq "Phoenix Suns NBA" klubunun ortaq sahibidir və "McLaren Formula 1" komandasının səhmlərinin bir hissəsinə malikdir.



Baxış sayı: 136


Bölməyə aid digər xəbərlər