22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
"Liverpul"un baş məşqçisi Klopp: "Mən getmirəm"
Tarix: 13-02-2023 23:06 | Bölmə: Manşet


İngiltərə "Liverpul"u üçün cari mövsüm uğursuz keçir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,“Qırmızılar” Premyer Liqanı onuncu yerdə başa vuraraq, İngiltərə Kuboku və Liqa Kubokundan kənarlaşdırılıb. Bununla belə, klub meneceri Yurgen Klopp istefaya getmək niyyətində deyil.
"Mən getməyəcəyəm. Bunu edə bilmərəm. İndi mənim çox məsuliyyətim var ... Əgər azarkeşlər mənə inanırlarsa, o zaman biz bütün bunların öhdəsindən gələ bilərik və yaxşı günlər yenidən gələcək", - "Sky Sports" alman mütəxəssisdənv sitat gətirir.
Xatırladaq ki, “Liverpul” futbol üzrə İngiltərə çempionatının 20 oyununda 29 xal toplayıb. Kloppun komandası birinci pillədəki “Arsenal”dan 32 xal uzaqdadır.



Baxış sayı: 151


Bölməyə aid digər xəbərlər