22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Nebenzya Ukrayna ilə danışıqların şərtlərini adlandırıb
Tarix: 10-02-2023 12:56 | Bölmə: Manşet

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiyanın Ukrayna ilə danışıqlar prosesi ilə bağlı mövqeyi dəyişməyib, Moskva Kiyevin ciddi təkliflərini nəzərdən keçirməyə hazırdır, lakin Ukrayna hakimiyyəti bunda maraqlı deyil, - Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib.
“Biz hələ də təkliflərimizi və yerlərdəki vəziyyəti nəzərə alan ciddi təklifləri nəzərdən keçirməyə hazırıq”, o, RİA Novosti-yə müsahibəsində izah edib.
Eyni zamanda Nebenzya bəyan edib ki, hələlik belə danışıqlar üçün heç bir ilkin şərt yoxdur. O xatırladıb ki, hələ 2022-ci ilin payızında Ukrayna prezidenti Rusiya hakimiyyəti ilə danışıqları qadağan edən fərman imzalayıb.
"Kiyev bunu etmək istəsəydi belə, Qərb kuratorları buna icazə verməzdilər. Məhz onlar, əslində, son ukraynalıya qədər bizimlə "proksi müharibəsi" aparırlar", - daimi nümayəndə əlavə edib.



Baxış sayı: 172


Bölməyə aid digər xəbərlər