22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Bayden seçkilərdə iştirak edib-etməmək barədə qərar verməyə hazır deyil
Tarix: 10-02-2023 12:01 | Bölmə: Manşet


Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ABŞ prezidenti Cozef Bayden növbəti prezident seçkilərində iştirakla bağlı hələ yekun qərar vermədiyini bildirib.
Amerika lideri CNN telekanalına müsahibəsində 2024-cü ildə prezidentliyə namizəd olub-olmayacağı barədə qərar verməyə nəyin mane olduğu ilə bağlı sualı cavablandırarkən deyib: “Mən sadəcə bunu etməyə hazır deyiləm”.
Eyni zamanda, Bayden əvvəllər yaşın onu narahat etmədiyini (2024-cü ildə 82 yaşı olacaq) iddia etdi və namizəd olmaq niyyətindədir, lakin hələ də "möhkəm qərar" yoxdur.




Baxış sayı: 169


Bölməyə aid digər xəbərlər