Bütün xəbərlər
Gürcüstan Rusiya ilə uçuşları bərpa edərsə, sanksiyalara məruz qala bilər
Tarix: 05-02-2023 20:18 | Bölmə: Manşet


Avropa İttifaqı Gürcüstanı Rusiya ilə hava əlaqəsini bərpa etmək qərarına gələrsə, onu sanksiyalarla hədələyib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Aİ Xarici İşlər Xidmətinin rəsmi nümayəndəsi Peter Stano xatırladıb ki, Rusiya Federasiyasına qarşı məhdudiyyətlər qoyulub və onlardan yan keçməyə çalışanlar da sanksiyalara məruz qalacaqlar.
Stano-nun sözlərinə görə, Rusiya təyyarələrinin 95%-i istehsalçıların texniki dəstəyini itirib və onları təhlükəsiz hesab etmək olmaz. Ona görə də Gürcüstan onları öz ərazisinə buraxmamalıdır.
Yanvarın 18-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov etiraf edib ki, Moskva və Tbilisi hava hərəkətini bərpa edə bilər. Diplomat həmçinin bildirib ki, 2022-ci ildə Gürcüstanın ÜDM-i əsasən Rusiyadan gələn turistlərin hesabına 10% artıb.
Hakim “Gürcü Arzusu” partiyasının lideri İrakli Kobaxidze bu ideyanı dəstəkləyib.


Baxış sayı: 130


Bölməyə aid digər xəbərlər