Bütün xəbərlər
Zaxarova Borrelə: "Aİ ordusu uzun müddətdir Ukraynada döyüşür"
Tarix: 05-02-2023 14:46 | Bölmə: Manşet


Rusiya Xarici İşlər Nazirliyi Avropa İttifaqının xarici xidmətinin rəhbəri Xosep Borrelin Aİ-nin öz ordusunu Ukraynaya göndərmək imkanını heç vaxt nəzərdən keçirməməsi ilə bağlı açıqlamalarını şərh edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Telegram kanalında yazıb: “Aİ-yə üzv ölkələrin ordusu çoxdan Ukraynaya göndərilib: həm təlimatçılar, həm xüsusi xidmətlər, həm də muzdlular formasında”.
O, həmçinin avropalı diplomatın adekvatlığını şübhə altına alıb və xatırladıb ki, bu qoşunların Ukraynaya göndərilməsi “2022-ci ildən çox əvvəl başlayıb”.
Bundan əvvəl Avropa diplomatiyasının rəhbəri Xosep Borrell İspaniyanın “El Pais” qəzetinə müsahibəsində bildirmişdi ki, Avropa İttifaqı Ukrayna münaqişəsində birbaşa iştirak etmir və ora qoşun göndərmədiyi üçün döyüşən tərəf deyil.
Bundan əvvəl Borrell Aİ-nin təlim missiyası çərçivəsində təlim keçmiş Ukrayna hərbçilərinin sayının artırılmasından danışıb.


Baxış sayı: 110


Bölməyə aid digər xəbərlər