Bütün xəbərlər
Kosteniuk Münhendə keçirilən FİDE Qran Prisində ardıcıl üçüncü görüşdə qalib gəlib
Tarix: 05-02-2023 14:39 | Bölmə: Manşet

Rusiya şahmatçısı Aleksandra Kostenyuk Münhendə keçirilən FİDE Qran Prisinin ikinci mərhələsində liderliyini davam etdirir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, üçüncü raundda rusiyalı qadın almaniyalı Dinara Vaqnerdən güclü olub.
Bu qələbə Kostenyukun turnir başlayandan bəri ardıcıl 3-cü qələbəsi olub. Bitərəf statusda çıxış edən yeganə Rusiya təmsilçisi üç mümkün xaldan üç xalla turnir cədvəlinə başçılıq edir.
Onu ukraynalı Anna Muzıçuk, gürcü Nana Dzaqnidze və çinli Tan Zhongyi izləyib. Üç şahmatçının hərəyə iki xalı var.
Növbəti mərhələdə rusiyalı Çin təmsilçisi Çjonqyi ilə qarşılaşacaq.


Baxış sayı: 112


Bölməyə aid digər xəbərlər