Bütün xəbərlər
Mbappe zədə səbəbindən təxminən 3 həftə meydana çıxa bilməyəcək
Tarix: 02-02-2023 22:50 | Bölmə: Manşet


Parislilərin mətbuat xidmətindən verilən məlumata görə, "Paris Saint-Germain"-in hücumçusu Kilian Mbappe zədə səbəbindən təxminən üç həftə meydana çıxa bilməyəcək.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,"müayinə nəticəsində Mbappenin sol bud nahiyəsində biseps zədəsi olduğu müəyyən edilib" - PSJ-nin açıqlamasında bildirilir. Sağalma müddəti üç həftə olaraq qiymətləndirilir. Serxio Ramos üçün də bu gün əlavə testlər aparılacaq.
Xatırladaq ki, Mbappe 145 milyon avroya PSJ-yə keçdiyi "Monako"nun yetirməsidir. Parisli hücumçu heyətində bütün yarışlarda 243 oyunda iştirak edib, 196 qol vurub və 94 məhsuldar ötürmə verib.
Həmçinin Kilianın hesabına 2018-ci ildə dünya çempionu olduğu Fransa millisində 66 oyun keçirib və 36 qol vurub.


Baxış sayı: 108


Bölməyə aid digər xəbərlər