Bütün xəbərlər
Putin Tebbun və Paşinyanla danışıb
Tarix: 31-01-2023 18:32 | Bölmə: Manşet


Rusiya prezidenti Vladimir Putin əlcəzairli həmkarı Əbdülməcid Tebbun ilə telefon danışığı aparıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Dövlət başçıları ikitərəfli münasibətlərin “köhnə dostluq və qarşılıqlı hörmət ənənələri”nə əsaslanan mütərəqqi inkişafını qeyd ediblər.
Bundan əlavə, həmsöhbətlər dünya enerji bazarlarında, o cümlədən OPEC+ formatında və Qaz İxrac edən Ölkələrin Forumu çərçivəsində gələcək birgə işə hazır olduqlarını təsdiqləyiblər. Putin və Tebbun müxtəlif səviyyələrdə daha fəal əlaqələr qurmaq və mühüm sənədlərin hazırlanmasını sürətləndirmək barədə razılığa gəliblər.
Ermənistanın baş naziri Nikol Paşinyan da Rusiya liderinə zəng edib. Tərəflər, digər məsələlərlə yanaşı, Dağlıq Qarabağ ətrafındakı vəziyyəti müzakirə edərək, əsas diqqəti Moskva, İrəvan və Bakı arasında razılaşmaların ardıcıl icrasının vacibliyinə yönəldiblər.
Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti qeyd edib ki, Putin və Paşinyan Laçın dəhlizi və Rusiya sülhməramlılarının bölgədəki fəaliyyətinə toxunublar.


Baxış sayı: 101


Bölməyə aid digər xəbərlər