Bütün xəbərlər
"Mançester Siti" İngiltərə kubokunda "Arsenal"ı darmadağın edib
Tarix: 28-01-2023 11:17 | Bölmə: Manşet

Futbol üzrə İngiltərə Kubokunun 1/16 final mərhələsinin “Mançester Siti” matçında doğma “Etihad” stadionunda London “Arsenal”ına minimal hesabla qalib gəlib – 1:0.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, yeganə qolu 64-cü dəqiqədə Cek Qrilişin ötürməsindən fərqlənən müdafiəçi Natan Ake vurub.
Beləliklə, “Mançester Siti” İngiltərə kubokunun 1/8 finalına yüksəlib. Xosep Qvardiolanın yetirmələri bu turnirdə növbəti rəqiblərini püşkatma nəticəsində daha sonra müəyyən edəcəklər.


Baxış sayı: 108


Bölməyə aid digər xəbərlər