Bütün xəbərlər
Dembelenin qolu "Barselona"nı Kral kubokunun yarımfinalına çıxarır
Tarix: 26-01-2023 13:12 | Bölmə: Manşet

"Barselona" "Kamp Nou"da İspaniya kubokunun 1/4 finalında "Real Sosyedad"ı 1:0 hesabı ilə məğlub edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, yeganə qolu 52-ci dəqiqədə Jules Kundenin ötürməsindən Ousman Dembele vurub. Qeyd edək ki, qonaqlar oyunu azlıqda başa vurub – 40-cı dəqiqədə Brays Mendez kənarlaşdırılıb.
Beləliklə, “mavi qranat” turnirin yarımfinalına yüksəlib. Kataloniyalılar İspaniya kubokunda növbəti rəqibinin adını daha sonra biləcəklər.


Baxış sayı: 79


Bölməyə aid digər xəbərlər