Bütün xəbərlər
Bayden Ukraynaya "Abrams" tanklarının tədarükünü açıqlayıb
Tarix: 25-01-2023 22:07 | Bölmə: Manşet

ABŞ prezidenti Ukraynaya tank tədarükü ilə bağlı açıqlama verib. Söhbət "31 M1 Abrams" tankından gedir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Co Bayden həmçinin bildirib ki, yardım digər ölkələrdən də təchizatla müşayiət olunacaq.
Baydenin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri əks-hücum əməliyyatı keçirməyə hazırlaşır. "Öz ərazilərini azad etmək üçün onlar Rusiyanın taktika və strategiyasına qarşı durmağı bacarmalıdırlar", - Amerika lideri bildirib.
Bu gün səhər saatlarında Kiyev rejiminə "Leopard-2" tanklarının tədarükü Almaniya tərəfindən təsdiqləndi, söhbət 14 tankdan gedir. Berlin həmçinin hərbi maşınlarının başqa ölkələrdən təkrar ixracına icazə verib.


Baxış sayı: 96


Bölməyə aid digər xəbərlər