Bütün xəbərlər
Krım məhkəməsi üç "Hizb-ut-Təhrir" üzvünü həbs edib
Tarix: 25-01-2023 13:50 | Bölmə: Manşet

Simferopol şəhərinin Kiyev Rayon Məhkəməsi “Hizb ut-Təhrir əl-İslami” beynəlxalq terror təşkilatının (Rusiya Federasiyasında qadağan olunmuş) 6 üzvündən üçünü iki ay müddətinə istintaq təcridxanasına göndərib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,“RİA Novosti”nin verdiyi xəbərə görə, saxlanılan şəxslər Rusiyada qəsdən terror ideologiyası yayaraq, görüşlər zamanı yerli müsəlmanlar arasından Rusiya sakinlərini öz sıralarına cəlb ediblər. Onlar öz fəaliyyətlərini Ukraynadan olan emissarların koordinasiyası ilə həyata keçiriblər.
İslamçılar yanvarın 24-də saxlanılıb. Axtarışlar zamanı onlar Rusiyada qadağan olunmuş terror təşkilatının külli miqdarda təbliğat materialları, rabitə vasitələri və elektron daşıyıcıları aşkar ediblər. Faktlarla bağlı cinayət işləri başlanıb.


Baxış sayı: 99


Bölməyə aid digər xəbərlər