Bütün xəbərlər
İtaliya çempionatında "Latsio" "Milan"ı məğlub edib
Tarix: 25-01-2023 12:44 | Bölmə: Manşet

Futbol üzrə İtaliya çempionatının 19-cu turu çərçivəsində Romadakı “Olimpiko” doğma stadionunda keçirilən oyunda “Milan”ı məğlub edən “Latsio” rəqib qapısına dörd cavabsız top keçirib – 4:0.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, qaliblər qolları Sergey Milinkovic-Saviç (4-cü dəqiqə), Mattia Cacagni (38), Luis Alberto (67) və Felipe Anderson (75) vurub.
“Latsio” ardıcıl ikinci qələbəsini qazanaraq 37 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb, “Milan” isə 38 xalla yuxarı pillədə qərarlaşıb. “Qırmızı-qaralar” üçün bu məğlubiyyət mövsümün üçüncüsü olub.


Baxış sayı: 103


Bölməyə aid digər xəbərlər